ABB avtomobil bazarı ilə bağlı hesabat təqdim etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABB avtomobil bazarı ilə maraqlanan hər kəs üçün faydalı olacaq geniş bir hesabat yayıb. Hesabat "Avtomobil bazarına baxış: qlobal trendlər və Azərbaycan" adlanır. Burada son 5 il üzrə dünyanın və Azərbaycanın avtomobil sektorunda özünü göstərən əsas meyllərin təhlili aparılıb. 2023-cü ildə ölkəmizdə hər 1000 nəfərə 171 avtomobil düşüb. Son beş ildə "Lada", "Mercedes-Benz", "Hyundai" və "Toyota" markaları Azərbaycanda qeydiyyatda olan avtomobillər siyahısında ilk dördlükdə yer alıb. 2023-cü ildə Azərbaycana gətirilən avtomobillərin idxal miqdarı 28%, idxal dəyəri 79% artıb. 2023-cü ildə ölkəyə daxil olan hibrid avtomobillərin sayında 2022-ci illə müqayisədə 24.4%, elektrik avtomobillərinin sayında isə 5 dəfə artım baş verib. Ötən il elektrik avtomobillərinin idxal dəyərində də 6 dəfə artım müşahidə edilib.
Hesabatda ölkəmizdə ikinci əl avtomobil bazarı ilə bağlı da ətraflı araşdırmalar var. Ölkədə istifadə edilən avtomobillərin 58%-i istehsal tarixi 15 ildən az olan avtomobillərdir. İkinci əl avtomobil bazarının əsas markaları VAZ-2107, "Opel Astra", VAZ 2106, "Kia Sorento", "Hyundai Elantra", "Hyundai Santa Fe", "Hyundai Sonata", "Chevrolet Cruze", "Ford Transit", "Mercedes E 220d" markalarıdır.
Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu il "Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili", "Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr", "Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi" adlı hesabatlarını bölüşüb.
Hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Neft bazarında kəskin eniş: Azərbaycan nefti görün neçə dollara düşdü
-
Azərbaycan vasitəsilə Ermənistana 280 ton buğda göndərildi
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib - FOTO
XƏBƏR LENTİ
-
Skandinaviya mətbəxinin ləzzətli şirniyyatı: Kladdkaka
-
Yay gecələrini zəhərə çevirən ağcaqanadlara qarşı ən effektiv üsullar
-
Qabyuyan maşın daha yaxşı yuyur, yoxsa əl?
-
Bir neçə qəpik xərclə maşında xoş ətir yaradın
-
Qovurma bişirərkən ən çox edilən 5 səhv
-
Narçiçəyi çayı: Faydaları, istifadə sahələri və diqqət edilməli olan məqamlar
-
“A.B.İ.”də yeni sima
-
Günün qoroskopu: Maddi mövzularda yeni fürsətlər qarşınıza çıxa bilər
-
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - FOTO
-
Roza Zərgərli Kadırovla görüşdü - FOTO
-
Cüdoçularımız Avropa Kubokunun son günündə dörd medal qazanıblar
-
Bir gündə 35 milyard dollar qazanmaq: Dell-in yüksəlişi milyarderlər siyahısını alt-üst etdi
-
Manqalda dana ətini yumşaq etməyin 4 yolu
-
Bakı səması indilərdə - FOTO
-
Müəllim vəfat etdi - FOTO
-
Joze Mourinyonun "Real Madrid" planı
-
Hacıqabulda 66 yaşlı kişidən qadın turistə qeyri-etik davranış - VİDEO
-
Oğlunun sürprizi onu kövrəltdi
-
Myanmada dəhşətli partlayış - 46 nəfər öldü - VİDEO
-
Güləş üzrə Azərbaycan çempionatında dava - VİDEO
-
Dünya ulduzu ərə getdi - FOTO
-
Sərhədsiz energetika: Bakı dünya energetikasının gələcəyinin müzakirə meydanına çevrilir
-
Əlcəzair prezidenti Əlcəzair-Azərbaycan enerji sazişini təsdiqləyib
-
Arda mövsümün ən yaxşısı seçildi





