İqtisadiyyat

Bakıda 24.7 milyon manata bina satılır

3 Avqust 2024 12:13
Baxış: 2 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
#EV

Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 24.7 milyon manata satılır.

Milli.Az-ın məlumatına görə, bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 27 avqust 2024-cü il tarixdə hərrac keçiriləcək.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

Sıra sayı Əmlakın adı Əmlakın yerləşdiyi ünvan Ölçü vahidi Miqdarı Əmlakın start qiyməti (manatla) 10% beh (manatla)
Səbail rayonu
1 Qeyri-yaşayış binası Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 kv.m 18972.2 24703000 2470300

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.