Dünya

Rubio: Tramp və Putin arasında danışıqlar çox məhsuldar keçib

17 Avqust 2025 16:00
Baxış: 342
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ dövlət katibi Marko Rubio Rusiya və ABŞ prezidentləri arasında baş tutan görüşün nəticələrini yüksək qiymətləndirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Rubio, sammitə dair jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, görüş gözlənildiyindən də məhsuldar keçib:

"Çox yaxşı və məhsuldar danışıqlar oldu. Liderlər arasında açıq və konstruktiv fikir mübadiləsi aparıldı," - deyə o qeyd edib.

Dövlət katibi, görüşdə iştirak edən nümayəndə heyətlərinin də prosesə ciddi şəkildə hazırlaşdığını və bunun müsbət nəticə verdiyini bildirib.

Kənan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.