MB-nin qərarı: Kredit faizləri ucuzlaşacaq?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankın qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. Qərar bu gündən qüvvəyə minib.
Milli.Az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, uçot dərəcəsinin stabil saxlanılması inflyasiya meyillərinin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır:
"2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi. 2024-cü ilin əvvəlində eyni yanaşma davam etdirilsə də proses artıq stabilləşmə fazasına daxil olub.
Makro-iqtisadi stabillik və istehlak bazarındakı mövcud qiymət səviyyəsi bu qərara zəmin yaratsa da, inflyasiya proqnozunun hədəf diapazonu daxilində yenilənməsi manatın nominal effektiv məzənnəsinin tempi və tənzimlənən qiymətlərdə dəyişikliklər ilə bağlıdır. Bu isə illik inflyasiya dərəcəsinin hədəf diapazonu daxilində olmasına imkan yaratsa da, belə göstəricidə dəyişikliklərə səbəb ola bilər".
Bayramov bildirib ki, Mərkəzi Bank uçot dərəcəsini dəyişdirən zaman ən çox verilən sual bu qərarın kredit faizlərinə necə təsir etməsi ilə bağlıdır:
"Hələlik uçot dərəcəsinin kredit faizlərə ciddi təsiri yoxdur. Əvvəlki açıqlamamızda qeyd etdiyimiz kimi, bu təsirlərin müşahidə olunması üçün hələ bir müddət lazımdır. Bu, heç də Mərkəzi Bankın mövcud fəaliyyəti ilə bağlı deyil. Bununla yanaşı, Mərkəzi Bankın belə qərarlarının gəlirlik əyrisi ilə yanaşı kredit və depozit bazarına da təsir göstərməsi olduqca vacibdir.
Digər tərəfdən, son aylar depozit faizlərində də artımlar davam edir. Artıq sistem əhəmiyyətli banklar illik manat depozitlərini 10.0 faizlə qəbul edilər. Bir müddət öncə orta hesabla 6.0 faiz təklif olunurdu. Kredit faizlərində artımların olmaması üçün uçot dərəcəsi daxil olmaqla digər alətlər vasitəsi ilə kredit faizlərində optimallığın qorunması çox vacibdir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi - (Video)
-
Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılıb
-
Kilian Mbappe "Qızıl buts" qazandı
-
İtkin düşmüş kimi axtarılan 13 nəfər tapılıb
-
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
-
Xatirə İslamın əri bu videolarına görə cərimələndi
-
Bakı və Astarada işıq olmayacaq
-
Marketdə foto çəkməyə görə cərimə oluna bilərsiniz?
-
Argentina antirekordla dünya çempionatı tarixinə düşdü
-
Faktiki hava açıqlandı: Bir sıra rayonlarda güclü leysan yağır
-
Ağlayan Messini Yamal belə təsəlli etdi - VİDEO
-
Ötən həftədə 9 nəfərin meyiti aşkarlanıb, 55 nəfər xilas edilib
-
İranda ard-arda iki güclü zəlzələ oldu
-
DÇ-2026: Finalın və dünya çempionatının ən yaxşı futbolçuları seçildi
-
Formula 1-də Belçika Qran-Prisini Antonelli qazandı
-
Valideynlərinin yolunu seçən məşhurların övladları – Sənəti nəsildən-nəslə davam etdirirlər - (Foto)
-
İsmayıllıda daha bir qəza - Xəsarət alan var
-
Bu günün valyuta məzənnələri açıqlandı
-
Neft qiymətləri kəskin yüksəldi - Səbəb ABŞ-İran qarşıdurmasıdır
-
Bitcoin 64 min dolları keçdi
-
DÇ-2026: Kuboku komanda aldı, pulu FİFA qazandı
-
Kartof qabığının gizli gücü: Zibilə atmayın
-
Səhər yeməyinə 10 dəqiqəyə hazırlaya biləcəyiniz pendirli börek resepti
-
"Bunu mənə deyənlər indi TikTok-da yemək bişirib satır"





