İqtisadiyyat

Bu bankların əmlakları hərraca çıxarılır

19 İyul 2024 19:12
Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 1-də "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Muğan Bank" ASC-nin, avqustun 12-də isə ləğv prosesində olan "Bank Standard" QSC-nin və "AGBank" ASC-nin daşınmaz əmlaklarının satışı üzrə hərraclar keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə bankların ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət "Muğan Bank"a məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, 19 ünvanındakı dəyəri 70 min manat olan 198,62 kv.metrlik bağ evindən, eləcə də "Bank Standard"a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan 197 kv.metrlik qeyri-yaşayış sahəsindən və "AGBank"a məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 106 ünvanındakı dəyəri 300 min manat olan 320 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.