İqtisadiyyat

Taksidə qiymətlər nə qədər artacaq? - Açıqlama

1 İyul 2024 16:05
Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gündən etibarən ölkədə bir sıra qaydalar və dəyişikliklər qüvvəyə minir. Bu qaydalardan bəziləri də taksi sektoru ilə əlaqədardır. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər artıq müəyyən tələblərə əməl etməli olacaqlar. Yeniliyin sözügedən nəqliyyat vasitələrindəki say amilinə təsir edəcəyi və qiymətlərdə dəyişikliyə səbəb olacağı gözlənilir. 

Maraqlıdır, bəs bundan sonra həmin sahədə vəziyyət necə olacaq? 

Taksi fəaliyyəti ilə bağlı qüvvəyə minən yeni qaydalardan sonra nəzərdə tutulan sahədə nələrin olacağını "yeni sabah"a açıqlayan nəqliyyat eksperti Aslan Əsədov bəzi məqamlara toxunub: 

"Hazırda aktual mövzulardan biri taksi fəaliyyəti ilə bağlı qüvvəyə minən yeni qaydalardır. Bu dəyişikliyin anonsu hətta bir neçə il öncədən verilmişdi. Ancaq faktiki olaraq, həmin işlərə bu gündən etibarən start verildi. 

Yenilik qiymət dəyişiminə səbəb olmaqla yanaşı, həmçinin taksi fəaliyyətində də bir sıra dönüşlər və yeniliklərin olacağını göstərir. Bütün bunlar əsas faktorlardır. Sadalanan faktorlar mütləq nəzərə alınmalıdır. Taksi sahəsində bu və ya digər formada müəyyən addımlar atıla bilər. Xüsusən də, ümumilikdə istifadə edilən nəqliyyat vasitələrinin səmərəliliyində, sərnişin-sürücü münasibətlərində insanların ümumi davranışlarında fərqlərin aşkarlanması atılan addımlar sayəsində müşahidə olunacaq. Bu baxımdan sözügedən sahədə görülən işlər xüsusi önəm daşıyır və müəyyən çəkiyə malikdir". 

A.Əsədov qiymətlərdəki dəyişiklərdən də söz açıb:

"Digər tərəfdən isə, texniki parametrlərə uyğun olan nəqliyyat vasitələrinin müasirliyi, komfortluğu, insanlar üçün əlçatanlığı, təchizatı əsas amillərdən sayılır. Qiymət artımına gəlincə isə, bu onsuz da var. Lakin müəyyən hədd çərçivəsində olmalıdır. Tam olaraq isə qiymətlərlə bağlı nə isə demək çətindir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.