İqtisadiyyat

Bu il Cəlilabadda şəkər çuğunduru sahələri 50 dəfəyə yaxın artırılıb

29 İyun 2024 22:24
Baxış: 1 210
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu mövsüm Cəlilabad rayonunda şəkər çuğunduru sahələri 50 dəfəyə yaxın artırılıb.

Milli.Az xəbər verir ki, bu barədə report.az-a Cəlilabad Rayon Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, bu il 148 hektar sahədə şəkər çuğunduru bitkisi əkilib. Ötən il bu rəqəm 3 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, ötən illər su problemi ilə bağlı bu bitkini əkməkdən yayınıblar. Onlar həmçinin qeyd edib ki, şəkər çuğunduru Cəlilabadın torpaq və iqlim şəraitində yüksək məhsuldarlıq verə bilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.