İqtisadiyyat

Bakıda bu avtomobillər ucuzlaşıb

27 İyun 2024 15:02
Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda avtomobil bazarında ardıcıl 2 ay qiymət azalmaları müşahidə olunub.

Bu barədə Milli.Az-a İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Bildirilib ki, bu, əvvəlki dövrdə taksi kimi istifadə edilən bir sıra avtomobillərin kütləvi satışa çıxarılması ilə bağlıdır.

Belə ki, dəyəri 10 min manatadək olan avtomobillərin qiyməti may ayında 6.8 faiz azalıb.

Aİ-95 markalı benzindən istifadə edən və daha bahalı avtomobillərə tələbin azalması müşahidə olunsa da, həmin avtomobillərin qiyməti dəyişməyib.

Qeyd edək ki, Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər"i təsdiqləyib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.