İqtisadiyyat

Mərkəzi Bank bu bankın vəzifəli şəxsini cərimələdi

11 İyun 2024 09:49
Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Premium Bank"ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.

Milli.Az APA-ya istinadən bildirir ki, Mərkəzi Bank "Premium Bank" ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" Qanunun 40.1-ci maddəsinin, habelə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.

Bu isə o deməkdir k, bank bir fiziki şəxsə kapitalının 3%-i həcmində kredit verib. İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, "Premium Bank"ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.