Ziraat Bank Azərbaycan “Beynəlxalq Aqro Biznes Forum-2024” tədbirinin sponsoru və iştirakçısı olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
20-21 Fevral tarixlərində, Bakı şəhərində Azərbaycan Respublikası Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası və "AGRO TV Azərbaycan" tərəfindən, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaşlığı ilə "Beynəlxalq Aqro Biznes Forum-2024" tədbiri təşkil edilmişdir. Ziraat Bank Azərbaycan bu tədbirin sponsoru və iştirakçısı olmuşdur.
"Baku Marriott Hotel Boulevard"da keçirilən tədbirin açılışı dövlət rəsmilərinin çıxışı ilə baş tutmuşdur. Forumun 1-ci panelində Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Ziraat Bank Azərbaycanın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, Aqrar və İnkişaf Agentliyinin (AKİA) sədr müavini Mehman İsmayılov və digər məruzəçilər çıxış etdilər. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri Dr. Selçuk Demir məruzəsində maliyyə qurumlarının kənd təsərrüfatı sektoru ilə əlaqəsindən bəhs edərək, Türkiyənin bu sahədəki təcrübəsindən danışdı. Bankın sədri kənd təsərrüfatının ölkə üçün əhəmiyyətinə diqqət çəkərək, texnoloji inkişafın və elmi texniki nailiyyətlərin kənd təsərüfatında effektiv istifadəsinin əhəmiyyəti haqqında məlumat verdi Dr. Selçuk Demir öz məruzəsində ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün Ziraat Bank Azərbaycanın maliyyə dəstəyi və əldə etdikləri uğurlar haqqında məlumat verdi. Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri, Türkiyədə bu sahədə fəaliyyət göstərən önəmli şirkətlərin Azərbaycana investisiya imkanlarından danışaraq onların cəlbi ilə bağlı alınmalı tədbirlər haqqında fikirlərini bildirdi.
Tədbirdə məruzəçilər aqrar sahədə fəaliyyət göstərən KOB subyektləri arasında əməkdaşlığın gücləndirilməsi, investorların Azərbaycana cəlb olunması və şirkətlərin satış imkanlarının artırılması barədə geniş müzakirələr apardılar.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)





