İqtisadiyyat

9 ayda istehlakçılara 447 min manat geri qaytarıldı

11 Oktyabr 2023 11:28
Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təmin etdiyi müraciətlər hesabına 447,038 min manat vəsait istehlakçılara geri qaytarılıb.

Bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,7 % çoxdur.

Bundan başqa, M.Abbasbəyli qeyd edib ki, hesabat dövründə vətəndaşlara dəymiş 45,99 min manat ziyan ödənilib. Bu isə 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.

9 ayda Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub ki, bu da illik müqayisədə 14,9 % çoxdur.

"İstehlakçı məmnuniyyətinin əldə edilməsi biznesin bazarda rəqabət üstünlüyünü təmin edir, səmərəliliyini artırır. Bu baxımdan istehlakçı hüquqlarının müdafiəsində ilk pillədə biznes subyektləri və sahibkar-istehlakçı əlaqələrinin qarşılıqlı etimad əsasında təşkili dayanır", - deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.