İqtisadiyyat

Vüqar Bayramov banklarındakı əmanətlərin azalması dinamikasının səbəblərindən DANIŞDI - FOTO

4 Oktyabr 2023 20:54
Baxış: 1 454
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqəmlərə nəzər salsaq, görərik ki, bu il əhalinin ölkə banklarındakı əmanətləri yarıbayarı azalıb. Bu prosesin başlanğıcı hələ fevralda qeydə alınıb. O zaman əmanətlər 27,0 milyon manat azalıb. Bu, 2021-ci ilin avqustundan bəri ilk belə azalmadır. İyulda da analoji vəziyyət müşahidə olunub. Avqustun əvvəlinə olan məlumata görə, əmanətlər əvvəlki ayla müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manat olub".

Milli.Az xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mənfi dinamikanın səbəblərindən biri fevral ayında tətbiq edilən əmanətlərin vergiyə cəlb edilməsidir:

"Bundan əlavə, artan xərclər, iqtisadiyyatın real sektoruna investisiyalar və mövsümi dəyişikliklər də müəyyən təsir göstərir. İqtisadiyyatın real sektorunun maliyyələşdirilməsi və kreditlər üzrə faiz dərəcələrinin aşağı salınması üçün əmanətlərin cəlb edilməsinə daha geniş formata ehtiyac var. Ona görə də biz əmanət portfelinin davamlılığına nail olmalıyıq. Bu baxımdan Vergi Məcəlləsinə müəyyən dəyişikliklərin edilməsi faydalı olardı. Yəni 100 min manata qədər olan əmanətləri 10 faizlik dövlət rüsumundan azad etmək və beləliklə, bank əmanətlərinin bu seqmentində sabitliyi saxlamaq olar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.