İqtisadiyyat

Laçında inşa edilən Aqro və Sənaye Parkı tezliklə fəaliyyətə başlayacaq

8 Avqust 2023 23:16
Baxış: 1 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunu artırmaq üçün inşa olunan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Bunlardan 80 faizinin bu il yay aylarının sonunadək işə başlayacağı nəzərdə tutulub.

Aqro və Sənaye Parkının tikinti rəisi Efe Emir Demirel Milli.Az-a bildirib ki, Laçın şəhərində tikilən yeni Aqro və Sənaye Parkında işlər gecə-gündüz aparılır: "Tezliklə bu gözəl sənaye parkı fəaliyyətə başlayacaq. Biz daha fərqli sənaye parkları-heyvandarlıq və ətçilik sahələrinin tikintisini planlayırıq. Onu xüsusi vurğulamaq istəyirəm ki, burada laçınlıların işlə təmin olunması bizi çox sevindirir. Daim vakansiyalarımız var, istəyən vətəndaşlar bizə müraciət edə bilər. Biz müntəzəm olaraq laçın əhalisi başda olmaqla işləmək istəyənləri öz şirkətimizə qəbul edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.