“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İş dünyası - 100 ilin zirvəsi" biznes forum-sərgisində Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, investisiya qoyuluşunun təşviqi kimi məsələlər müzakirə edilib, yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunub.
Bu barədə Milli.Az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən məlumat verilib.
İstanbul şəhərində "İş dünyası - 100 ilin zirvəsi" biznes forum-sərgi keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və "MÜSİAD Azərbaycan"ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə MÜSİAD-ın sədri Mahmut Asmalı, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) sədri Hasan Basri Kurt, Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfırat, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanqın, "MÜSİAD Azərbaycan"ın sədri Rəşad Cabirli və "PWN İstanbul" təşkilatının nümayəndəsi Aylin Olsun Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə çıxış ediblər.
Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub. Sərgi iyulun 14-dək davam edəcək.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib





