Lirənin ucuzlaşması Azərbaycanda türk məhsullarının qiymətinə necə təsir edəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin milli valyutası ABŞ dolları qarşısında dəyər itirməyə davam edir. 2022-ci ilə qədər müəyyən artım və azalma ilə müşahidə edilən lirənin dollara nisbətdə səviyyəsi 2021-ci ilin dekabr ayında 18 lirədan 11 lirəyə endi. 2022-ci ili 13 lirədən başlayan milli valyuta həmin ilin mayınadək daha 12,3 % ucuzlaşıb. Daha sonra il ərzində valyuta ehtiyatlarından istifadə olunaraq məzənnə uzun müddət 18-19 lirə aralığında sabitləşdi. 2023-cü ildə isə lirə dollar qarşısında təkrar dəyər itirməyə başladı. Mayın 28-dən bugünədək lirə dollara nisbətdə təxminən 16 % dəyər itirdi və hazırda USD/TL məzənnəsi 23 lirə səviyyəsində müəyyən olunub. Lirənin dəyər itirməsi, Türkiyədə kəskin qiymət artımına gətirib çıxarıb.
Bəs Türkiyədə lirənin ucuzlaşması həmin ölkənin istehsal etdiyi məhsulların Azərbaycana ixrac qiymətlərinə təsir edirmi?
Mövzu ilə bağlı report-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, Türkiyədə lirənin ucuzlaşması ixrac olunan məhsulların qiymətinə təsir göstərir:
"Belə ki, şirkət məhsulu istehsal edib anbarlara təhvil verəndən sonra alıcı onu yeni məzənnə ilə aldığı üçün ucuz başa gəlir. Lakin bu davamlı ucuzlaşma deyil. Anbarlarda məhsullar yeniləndikcə qiymətlər yeni məzənnəyə uyğun olaraq dəyişir. Bir sözlə lirənin məzənnəsi ucuzlaşan zaman məhsulların alışında müvəqqəti ucuzlaşma baş verir".
Milli Məclisin deputatı Vüqar Bayramov isə qeyd edib ki, Türkiyədə valyuta sabitliyinə nail olmaq zaman alacaq: "Hazırda lirənin dollara nisbətən ucuzlaşması digər valyutalara nisbətdə də təsir göstərir: "Cari ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 %-dən çoxdur. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə o zaman uzunmüddətli qiymət azalması və optimallaşması baş verər. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir".
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Türkiyədən 1 milyard 844 milyon ABŞ dolları dəyərində məhsul idxal edib. Bu, 2020-ci illə müqayisədə 18 %-ə yaxın artım deməkdir. Ötən il isə Türkiyədən Azərbaycana 2 milyard 297 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2021-ci illə müqayisədə 24,6 % çoxdur. Həmçinin cari ilin yanvar-aprel aylarında Azərbaycan qardaş ölkədən 10,3 % artımla 758 milyon 190 min ABŞ dolları dəyərində məhsul idxal edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Bakıda çıxarışlı və çıxarışsız mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü
-
Brent 79 dolları keçdi: Dünya birjalarında son neft qiymətləri
-
Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
XƏBƏR LENTİ
-
Özünü prokurorluq əməkdaşı kimi təqdim edib dələduzluq edən şəxs həbs edilib
-
Yumurta bu gün də 1 qəpikdir - (Foto)
-
Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma
-
Hidayət Heydərov çəkisini sala bilmədiyinə görə yarışdan kənarlaşdırıldı - Yenilənib
-
Dünya bazarında Azərbaycan nefti bahalaşdı
-
Ən ağıllı bürclər: Siyahıda neçənci yerdəsiniz?
-
Türkiyə üçün DÇ erkən bitdi
-
DİM sabah təkrar imtahan keçirəcək
-
“Ebola” can almağa davam edir: 933 yoluxma qeydə alındı
-
BDYPİ həftəsonu ilə bağlı sürücülərə və piyadalara müraciət etdi
-
Şəmkirdə 59 yaşlı qadın evində ölü tapıldı
-
Dünya maliyyə sistemində çatlar dərinləşir: Yeni böhran yaxınlaşır?
-
Qəhvə hər kəs üçün uyğun deyil - Ekspert səbəbi izah etdi
-
Göygöldə mikroavtobus aşdı, 4 nəfər xəsarət aldı
-
Burakın anasını özündən 8 yaş böyük aktrisa canlandıracaq
-
Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul
-
Sözü imzadan daha dəyərli olan 3 kişi bürcü: Bu bürclər etibarın rəmzidir
-
"Qanım şirindir" deyənlərin nəzərinə: Alimlər ağcaqanadların insan seçmə sirrini açdı
-
Turistləri "peşman edən" yerlər: Dünyanın ən çox xəyal qırıqlığı yaradan 10 mərkəzi
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub





