KOBİA-nın İdarə Heyətinin sədri ikinci “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqənin qaliblərindən olan Hüseyn Mahmudov ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə "Yüksəliş" müsabiqəsinin qalibini təbrik edən Orxan Məmmədov, gələcək fəaliyyətində ona uğurlar arzulayıb, mentorluq proqramının müsabiqə qalibləri üçün faydalı olduğunu, onların mövcud potensialının inkişafına, hədəflədikləri istiqamət üzrə bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini, proqram çərçivəsində qazandıqları təcrübənin çalışacaqları sahələrdə işin səmərəli təşkilində əhəmiyyətli olacağını vurğulayıb. KOBİA-nın İdarə Heyətinin sədri layihənin idarəçi rəhbərlərindən biri kimi 1 illik fərdi inkişaf planı əsasında müsabiqə qalibi ilə sıx əməkdaşlıq edəcəyini, onunla təcrübəsini bölüşəcəyini və potensialını üzə çıxarmasına kömək edəcəyini bildirib.
2021-ci ildə layihənin idarəçi rəhbərlərindən biri olaraq 1-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də Mentorluq proqramında iştirak etdiyini xatırladan O.Məmmədov ötən müddət ərzində müsabiqə qalibi ilə effektiv idarəçilik, böhran menecmenti və digər istiqamətlərdə əməkdaşlıq edildiyini, onun müxtəlif görüş və tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. İdarə Heyətinin sədri 2-ci "Yüksəliş" müsabiqəsinin qalibi ilə də səmərəli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.
Görüşdə müsabiqə qalibi Hüseyn Mahmudov 2-ci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində yeni bacarıqlara yiyələnmək istədiyini, KOBİA-nın İdarə Heyətinin sədrinin təcrübəsindən faydalanaraq, özünü inkişaf etdirməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə təşəkkürünü bildirib.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, iki illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Növbəti, sayca 3-cü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
XƏBƏR LENTİ
-
Pensiya alanlara şad xəbər
-
Bu universitetdə 5500 manat maaşlı vakansiya var
-
Xəzər rayonunda 33 kiloqrama yaxın narkotik aşkarlandı
-
2027-ci il buraxılış imtahanlarının proqramları açıqlandı - DİM
-
Bu rayonlarda torpaqlar alınacaq - Səbəb
-
Çində yük gəmisində yanğın oldu - 20 ölü var - (Video)
-
Renat Dadaşov Ukrayna klubunda
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi
-
Hakimi təhqir edən futbolçuya ağır cəza
-
İstanbulda atışma: Yaralılar var
-
Paşinyan məhkəməyə verildi
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda





