“Viza almaq üçün ərizə-anket portalı” istifadəyə verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
25 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasına səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə "Viza almaq üçün ərizə-anket portalı" (www.visaapplication.mfa.gov.az) Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilib.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 37-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 1.1.-ci bəndinə uyğun olaraq yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə ölkəmizə səfər etmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq.
Yeni elektron informasiya sisteminin tətbiqi əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin viza müraciətlərinin baxılması və işlənməsi üçün sərf olunan müddətin minimuma enməsi, viza almaq üçün nəzərdə tutulan ərizə-anketin tam olaraq elektron doldurulması, vizanın rəsmiləşdirilməsi üçün tələb olunan bəzi sənədlərin elektron qaydada təqdim edilməsi və bununla müvafiq dövlət xidmətin göstərilməsində səmərəliliyin artırılması imkanını yaradacaq.
İstifadəyə verilmiş "Viza almaq üçün ərizə-anket portalı" Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları, o cümlədən Xarici İşlər Nazirliyi vasitəsilə qəbul olunan viza müraciətlərinə aid olacaq.
Elektron vizaların rəsmiləşdirilməsi "ASAN Viza" sisteminin portalı vasitəsilə həyata keçirilir və Xarici İşlər Nazirliyi tərəfindən istifadəyə verilmiş elektron informasiya sistemindən fərqləndirilməlidir.
İlkin mərhələdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, o cümlədən ölkəmizin Almaniya Federativ Respublikasındakı və Gürcüstandakı səfirlikləri tərəfindən portal vasitəsilə elektron qaydada doldurulan ərizə-anketlər qəbul ediləcəkdir. Növbəti mərhələdə Azərbaycan Respublikasının digər diplomatik missiyalarının mərhələli şəkildə portala qoşulmasının təmin edilməsi nəzərdə tutulub.
"Viza almaq üçün ərizə-anket portalı" barədə əlavə məlumat www.visaapplication.mfa.gov.az internet səhifəsindən əldə oluna bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
XƏBƏR LENTİ
-
Kirayədə yaşadığı evdən oğurluq etdi
-
Azərbaycanda bu məhsullar bahalaşdı
-
Bu heyvanları saxlayanlara 1000 manat veriləcək
-
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdi
-
Azıx mağarasından silah anbarı kimi istifadə edilib
-
Bakıda sürücünün diqqətsizliyi az qala faciəyə səbəb olurdu - (Video)
-
Sahibsiz heyvanlar üçün sığınacaqlar tikiləcək
-
Tramp yatmaqdan imtina edir
-
Röyanın keçmiş əri atasının azadlığa çıxmasından danışdı: "Məni görəndə..."
-
Paşinyan Makronla görüşüb
-
Bu ölkədə hər il 20 minə yaxın insan intihar edir
-
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
-
Ölmüş heyvanlarla bağlı yeni qayda
-
Bakıda tıxacda qalan taksi sürücüsü görün nə etdi - (Video)
-
Şükürbəyli kəndində daha 25 ailəyə evlərinin açarları təqdim olunub - (Yenilənib)
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Azərbaycanla UN-Habitat arasında imzalanan Töhfə Sazişi təsdiq edilib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)





