İqtisadiyyat

Metrostansiya açılan kimi yaxınlıqdakı evlərin qiyməti artdı - VİDEO

26 Dekabr 2022 17:32
Baxış: 2 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xocəsən qəsəbəsində yeni metrostansiyanın açılması ətraf ərazilərdə satışa çıxarılan torpaq sahələrini 2 dəfə bahalaşdırıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, ərazidəki torpaq sahələri ilə yanaşı, fərdi evlərin qiymətində də artım müşahidə olunur.

Rieltor Mülkədar Rüstəmov deyib ki, qəsəbədəki fərdi evlərin qiymətində əvvəlki vaxtlarla müqayisədə xeyli artım var.

Həmin ərazidə torpaq sahələrinin əksəriyyəti bələdiyyə sənədi ilə verilib. Ümumi olaraq isə bu ərazilərin siyahılaşdırılması nəzərdə tutulub. Bu prosesin yekunlaşması qiymətləri yenidən dəyişə bilər.

Rieltor bildirib ki, metronun "Xocasən" stansiyasının açılışına görə qiymət artımı təkcə həmin ərazidə deyil, Qaradağ rayonunun Lökbatan qəsəbəsinə də təsir edib. Çünkü yeni stansiyanın istifadəyə verilməsi bu istiqamətdən hərəkət edən vətəndaşların da işini asanlaşdırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.