Əsl sərmayə xalis qızıldadır, zinət əşyasında yox – Ekspertdən XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bir çox ailələr düşünür ki, əllərində pul olduqda onu qızıl ziynət əşyasına çevirmək gələcəyə sərmayədir. Amma bu böyük bir yanılmadır".
Milli.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
O bildirib ki, ziynət qızılının qiyməti bir ayrıdır, alış qiyməti isə tamam başqadır:
"Məsələn, qızılın bazar qiyməti 1 qram üçün "x" manatdırsa, 3 qramlıq bir sırğa 3x-ə yox, 8x-10x-ə alınır. Çünki burada ustanın əməyi, dizaynı, mağazanın marjası və digər faktorlar var. Sonradan satmaq istədikdə isə sənə yalnız qızılın qram dəyəri üzrə pul, yəni 3x manat verirlər. Bu halda sən "sərmayə qoymuş" yox, əslində "itki etmiş" olursan.
Odur ki, qızıla doğru sərmayə forması zinət əşyaları deyil, xalis külçə, sikkə, birja alətləri və ya onlayn qızıl investisiya məhsullarıdır. Onların alış-satış fərqi minimaldır və real gələcək dəyəri qoruyur".
Ekspert son olaraq qeyd edir ki, qızılı "yaman günün yarağı" kimi dəyərləndirmək o halda olar ki, ona yalnız xalis formada sərmayə edilsin. "Mən özümə sırğa aldım, gələcəyə pul yatırdım" düşüncəsi isə sadəcə illüziyadır, ya da bəzənmək üçün bəhanədir.
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Elgizin verilişində 80 yaşlı qadının görünüşü diqqət çəkdi - (Video)
-
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
-
Baş nazir Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verib
-
Müşfiq Əliyev vəfat etdi
-
Ermənistanın gizlətdiyi 204 məzarlıq: Minlərlə ailə cavab gözləyir
-
"Yaprak dökümü"nün 45 yaşlı aktrisasının hamiləlik fotosu müzakirə yaratdı
-
Milli İncəsənət Muzeyi “Teatrın gəncləri” layihəsinə start verildi - (Foto)
-
ÇL: “Barselona”nın Bakıya gəliş tarixi məlum oldu
-
AZAL iki beynəlxalq mükafata layiq görülüb
-
80 yaşlı Silvester Stallone 58 yaşlı xanımı ilə (Video)
-
Beynəlxalq Ombudsmanlar Forumu Ümumdünya Müstəqil Hüquq Müdafiəçiləri İttifaqını (WIDU) təsis edir (Foto)
-
Paşinyan xalqa müraciət edəcək: Yeni Konstitusiya hazırdır
-
Hava limanına gedən yol bağlanır? - Rəsmi açıqlama
-
Sabir Zeynalov dünya çempionu oldu
-
Tələbələr metro və avtobuslara daha az pul ödəyə bilər - Araşdırma
-
Argentinalı ulduz 37 yaşında karyerasını bitirdi
-
Adəm Məmmədova yenidən cinayət işi açıldı - Axtarışa verildi
-
Badamdarda sürüşmə yenidən aktivləşdi
-
Elgizi şərlədilər, əsəbiləşib özündən çıxdı (Video)
-
Minlərlə vətəndaşa şad xəbər: Həyətyanı torpaqlara çıxarış verilə bilər
-
Pensiyalar ödənildi
-
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” kitabının təqdimatı keçirilib - (Foto)
-
“Oğlum 15 noyabrdan quru aclıq aksiyası keçirir” - Rəşadın anasından müraciət
-
6 dərəcə şaxta olacaq - Proqnoz





