İqtisadiyyat

Narın alıcısı azalıb - VİDEO

19 Oktyabr 2022 16:26
Baxış: 991
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gündür ki, Göyçayda nar yığımı başlayıb.

Təsərrüfat sahiblərinin sözlərinə görə, ötən illə müqayisədə bu il məhsul boldur. Geosiyasi vəziyyətlə əlaqədar olaraq xarici bazara ixrac çətinləşdiyindən, fermerlər məhsulun hamısını sata bilmirlər. Yerli bazarda isə qiymətlər xeyli enib. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, məhsul fermerlərdən ucuz alınsa da, bazarlarda baha satılır. Satıcı Bəhruz Bədirov deyir ki, narın qiyməti onun keyfiyyətindən və ölçüsündən asılı olaraq dəyişir.

Satıcının sözlərinə görə, yerli bazarda da narın alıcısı azalıb. Adətən gün ərzində 20-50 kiloqram nar satılsa da, bəzən ümumiyyətlə alıcı tapılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.