İqtisadiyyat

Ərzaq məhsulları ilə bağlı bu qayda təsdiqləndi

14 Oktyabr 2022 18:46
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması" elektron portalında barəsində məlumatlar yerləşdirilən istehsalçıların, eləcə də satıcıların fəaliyyətinin monitorinqinin aparılması Qaydaları təsdiq edilib.

Bununla bağlı Nazirlər Kabinetinin 393 №-li Qərarına dair izahda deyilir:

- Qərar istehsalçı və satıcıların ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınmasında iştirakları ilə bağlı "Elektron kənd təsərrüfatı" informasiya sistemi və ya yerində baxış vasitəsilə monitorinqin təşkili və həyata keçirilməsi məqsədilə hazırlanmışdır.

Qərarda tədarük və təchizat agenti tərəfindən istehsalçı və satıcıların fəaliyyətlərinin satınalma şərtlərinin uyğunluğuna dair monitorinqlərin aparılması qaydası, satınalma və müqavilə şərtlərinə əməl etməyən istehsalçı və satıcıların dövlət sifarişi ilə satınalmalarda iştiraklarının məhdudlaşdırılması nəzərdə tutulur.

Qərarın qəbul olunması ilə kənd təsərrüfatı və ərzaq məhsulları bazarında, habelə tədarük prosesində haqsız rəqabət meyllərinin qarşısının alınmasına, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün əlverişli ticarət mühitinin formalaşmasına, aparılacaq monitorinqlər nəticəsində satınalma prosesinin daha da şəffaflaşmasına, elektron müstəvidə monitorinq imkanlarının formalaşdırılmasına, fermerlərin tədarük və təchizat prosesində iştiraklarının stimullaşdırılmasına və daha keyfiyyətli ərzaq məhsullarının istehsalının təşviq edilməsinə imkan yaranacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.