İqtisadiyyat

Sürücülərə BƏD XƏBƏR - Bu məhsullar bahalaşacaq

13 Oktyabr 2022 20:43
Baxış: 2 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avtomobillər üçün mühərrik yağlarının qiyməti xeyli bahalaşıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, əvvəllər 50-55 manata satılan avtomobillərin mühərrik yağları indi 75-80 manata təkilif olunur.

Sürücülərin sözlərinə görə, bahalaşma bir neçə aydır ki, müşahidə edilir. Onlar deyirlər ki, istehsalçı ölkədən asılı olaraq yağların litrində minimum 5, maksimum 15 manat artım var.

Yağ satışı və dəyişimi ilə məşğul olanlar deyirlər ki, qiymət artımı əsasən Avropadan idxal edilən yağlarda qeydə alınır.

Bəs buna səbəb nədir?

Bu sahə üzrə fəaliyyət göstərən sahibkar Əfqan Əsədov hesab edir ki, qiymətə təsir edən amillərdən biri də daşıma xərcləridir.

Sahibkarlar vurğılayıblar ki, mövcud vəziyyətin hələ nə qədər davam edəcəyi dəqiq bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory