İqtisadiyyat

Kredit borcunu ödəyə bilməyənlərin nəzərinə - VİDEO

11 Oktyabr 2022 18:36
Baxış: 2 208
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müxtəlif səbəblərdən kredit borcunu ödəyə bilməyən xeyli insan var. Kimisi sağlamlığını və əmək qabiliyyətini itirdiyi üçün, kimisi də maddi vəziyyətinə görə borcu ödəyə bilmir. Bu cür vəziyyətlə üzləşənlərdən biri də İsmayıllı sakini Natiq Rəhmanovdur. O, 1 il əvvəl bankdan kredit götürüb və ağır avtomobil qəzasına düşdüyünə görə ödəmə qabiliyyətini itirib. Natiq Rəhmanov hazırda yataq xəstəsidir. 

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Nuridə Rəhmanova deyir ki, qəzadan əvvəl kredit borcunu vaxtlı-vaxtında ödəsələr də, 1 aydan çoxdur ödəniş edə bilmirlər. Vəziyyətlə bağlı məlumat vermələrinə baxmayaraq, bank yenə də pulu tələb edir. Nuridə Rəhmanova ödənişi edəcəklərini, lakin bankdan bir müddətlik vaxt istədiklərini bildirir.

Bu cür hallarla bağlı vəkil Emin Kiçikbəyov bildirir ki, borcalan və bank arasında bağlanmış müqavilədə fors-major hallar aid bağlı hər hansı müddəa qeyd olunubsa, vətəndaşa möhlət verilə bilər.

Vəkilin sözlərinə görə, bank belə vəziyyətlərdə güzəştə getməlidir.

Həbs olunan şəxslərin kredit məsələsinə gəlincə isə vəkil deyir ki, əgər müqavilədə krediti ailəsi ödəyə bilər kimi müddəalar qeyd olunmayıbsa, bank kredit borcunu onlardan tələb edə bilməz. Belə olan halda bank həbsdə olan borcalandan pulu azadlığa çıxdıqdan sonra tələb edə bilər.

Hüquqşünaslar həmçinin bildirirlər ki, fors-major hallarla üzləşən borclu şəxslərin kredit müqaviləsinin dəyişdirilməsini tələb etmək hüququ var. Bunun üçün onlar banka yazılı müraciət etməlidirlər. Əgər müraciətə hər hansı bir müsbət cavab verilməzsə, vətəndaş bankı məhkəməyə verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.