İqtisadiyyat

Mebel almaq istəyənlərin nəzərinə: Qiymətlər "od tutub yanır" - VİDEO

2 Oktyabr 2022 05:44
Baxış: 1 390
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ev alarkən və ya tikdirərkən ilk ağıla gələn,yəqin ki, mətbəx olur. Yəni bir evi mətbəxsiz təsəvvür etmək mümkün deyil. Mətəbxin özünü isə əşyalarsız , xüsusilə, mebelsiz düşünə bilmirik. Hansı ki, bu mebellərin qiyməti son vaxtlar əl yandırır. Vətəndaşlar mətbəx mebelinin baha olduğu qənaətindədir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mebellərin quraşdırılması və satışı işə ilə məşğul olan Musa Əliyev deyir ki, mətbəx mebeli üçün istifadə edilən materiallar daha çox laminat, mdf, membranvə akrildir. O bildirir ki, əsasən Almaniya,İtalya və Türkiyədən idxal olunan bu materiallar son 1 ildə  50 faizə qədər bahalaşıb.

Musa Əliyevin sözlərinə görə, laminantın 1 metri əvvəllər 35-50 manat idisə, indi bu  qiymət 60-85 manatdır. MDF 90 manatdan 105 manata, membran isə 75-90 manatdan 95-120 manata qədər bahalaşıb. Akrilin metrəsi isə hazırda 350 manatdır. Musa Əliyevin sözlərinə görə, Materialların bu cür bahalaşması hazırlanan  mebellərin qiymətinə  birbaşa təsir edir.

Musa Əliyev bildirir ki, yerli materiallardan hazırlanan mətbəx mebellərinin qiymətində də artım müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.