Bank Respublika və EBRD arasında ticarətin maliyyələşdirilməsi üzrə mühüm saziş bağlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb. Qeyd etmək lazımdır ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.
Yeni saziş çərçivəsində EBRD Bank Respublika üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.
Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram "Bank Republika"ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək
""Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız Bank Respublika ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək"- EBRD-nin Prezidenti Odil Renaud-Basso bildirib.
"Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq "- deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi web saytında, facebook, instagram, linkedin səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neft ucuzlaşdı
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Gəncədə pizzadan zəhərləndilər
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Millimiz hesabı açdı - (Yenilənib)
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"





