İqtisadiyyat

Azərbaycanda bu məhsullar da bahalaşıb

6 Sentyabr 2022 22:44
Baxış: 1 344
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son vaxtlar süd və süd məhsullarının qiymətində bahalaşma müşahidə edilir.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət sənaye üsulu ilə hazırlanan ağartı məhsullarının qiymətlərindən gedir.

Alıcılar bildirirlər ki, sözügedən məhsulların qiyməti xeyli dəyişib.

Qiymətlərdə artım olduğunu satıcılar da təsdiqləyir. Lakin onların sözlərinə görə, qiymət artımı firmalarla əlaqəlidir.

Məsələ ilə əlaqədar bir neçə istehsalçı şirkət ilə əlaqə saxlanılıb. Bildirildi ki, qiymət artımının bir neçə səbəbi var. Bildirilir ki, xüsusən də pandemiyadan sonra xammalın qiyməti artıb.

Həmçinin ölkə daxilində istehsal olunan xammalın qablaşdırılması üçün lazım olan əlavələr xaricdən baha alınır ki, bu da qiymət artımına təsir edən amillərdəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.