İqtisadiyyat

“Qazın və işığın bahalaşması fəlakətdir” - Şarl Mişel

3 Sentyabr 2022 08:48
Baxış: 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Komissiyası (AK) qaz və elektrik enerjisi qiymətlərinin sürətlə artmasına reaksiya verməkdə çox ləng davranır.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel bəyan edib.

Onun sözlərinə görə, AK indiyədək artan qiymətlərin necə aşağı salınacağı ilə bağlı konkret təkliflər irəli sürməyib:

"Biz problemi təkcə bu gün aşkar etməmişik. İlk dəfə ötən ilin oktyabrında bu məsələni müzakirə etmişik və o vaxtdan bu məsələyə dəfələrlə baxılıb. Biz bir neçə dəfə Avropa Komissiyasına konkret təkliflər verməyi xahiş etmişik. Vətəndaşlarımız, ailələrimiz, şirkətlərimiz üçün qazın, işığın bahalaşması fəlakətdir. Təkliflər mümkün qədər tez müzakirəyə təqdim edilməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.