İqtisadiyyat

KOB evlərində sahibkarlara 44 minə yaxın xidmət göstərilib - FOTO

1 Sentyabr 2022 15:26
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin yanvar-avqust ayları ərzində Xaçmaz və Yevlax KOB evləri tərəfindən sahibkarlara 43745 xidmət göstərilib. Bu xidmətlərin 16508-i "Xaçmaz KOB evi", 27237-si isə "Yevlax KOB evi" tərəfindən həyata keçirilib.

Göstərilən xidmətlərin 41759-u dövlət-biznes ("G2B"), 1986-ı isə biznes-biznes ("B2B") xidmətləridir.

KOB evinə müraciət etmiş sahibkarlar daha çox vergi məsələləri, mənşə sertifikatının verilməsi və kommunal xidmətlərlə bağlı müraciət ediblər.

Sahibkarların KOB evlərinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.

Qeyd edək ki, hazırda Xaçmaz və Yevlax şəhərlərində olmaqla iki KOB evi fəaliyyət göstərir. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.