İqtisadiyyat

"Azərsığorta" 10 filialını ləğv etdi

25 İyul 2022 10:24
Baxış: 955
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərsığorta" ASC 10 filialını ləğv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, ləğv edilən filiallar Şirvan, Lerik, Salyan, Saatlı, Nəsimi, Şabran, Qusar, Şamaxı, Qax, və İsmayıllı filiallarıdır.

Qeyd edilir ki, qərar Şirkətin İdarə Heyətinin 18 iyul 2022-ci il tarixli 23 saylı protokoluna əsasən verilib. Bununla bağlı iyulun 22-də idarə heyəti sədrinin müşaviri Murad Şirəliyevin adından filial rəhbərlərinə məktub göndərilib. Məktubda filialların ləğv edilməsinə səbəb kimi göstəricilərin aşağı olması və fəaliyyətin rentabelli olmaması göstərilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.