Hadisə

"Azəriqaz”ın xanım əməkdaşına hücum edən şəxs həbs olundu

7 Avqust 2025 17:51
Baxış: 402
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 6-da paytaxtın Nizami rayonunda "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşına qarşı xuliqanlıq etmiş şəxs məsuliyyətə cəlb edilib.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, qurumun qaz təsərrüfatında qəza-bərpa işləri üzrə çilingər-mütəxəssis vəzifəsində işləyən xanım əməkdaşları mənzilə baxış keçiriblər.

Onlar həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi (ofis) kimi istifadə olunduğunu müəyyən edib, texniki şərtlərə uyğun olmadığını bildiriblər. Bu zaman 1975-ci il təvəllüdlü ev sahibi Ə.Hüseynov xanım əməkdaşın üstünə qışqırıb, təhqir edib. Xanım əməkdaşın mənzili tərk etməsinin ardından küçəyə çıxaraq onu söyməyə, təhqirlərini davam etdirməyə başlayıb, saçından tutaraq sürüməyə çalışıb.

Zərərçəkmiş şəxsin müraciəti əsasında həmin yerə gəlmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları Ə.Hüseynovu saxlayıblar. Barəsində inzibati protokol tərtib edilib.

Şəkər xəstəsi olduğunu deyən həmin şəxs "Azəriqaz" əməkdaşından üzr istəyib.

Barəsində inzibati protokol tərtib edilən təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.