Dünya

ABŞ Çinlə "tarif atəşkəsi"ni 90 gün uzada bilər

7 Avqust 2025 18:48
Baxış: 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti administrasiyasının Çinlə razılığa gələcəyi və gömrük rüsumları sahəsində razılaşmaları 90 gün uzadacağı ehtimal olunur.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik "Fox Business" telekanalına açıqlamasında bildirib.

"Görünür, ABŞ Prezidenti Donald Tramp və onun danışıqlarda iştirak edən komandası razılığa gələcək və müddəti daha 90 gün uzadacaq", - o qeyd edib.

Nazir bu məsələ ilə bağlı yekun qərarı Trampın verməli olduğunu deyib.

Qeyd edək ki, tərəflər may ayının ortalarında Cenevrədə danışıqlardan sonra rüsumların qarşılıqlı olaraq 90 gün müddətinə 115 faiz azaldıldığını elan ediblər. Bu sazişin müddəti avqustun 12-də başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.