Dünya

Fransada merə bıçaqla hücum etdilər

7 Avqust 2025 21:00
Baxış: 239
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Fransanın cənub-şərqindəki İzer departamentində yerləşən Vilnöv-de-Mark şəhərinin meri Jil Düsso bıçaqlı hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.

Nəşrin məlumatına görə, mer avqustun 6-da günorta saatlarında 28 yaşlı oğlu ilə şəhərdə gəzərkən naməlum şəxs tərəfindən hücuma məruz qalıb. İlkin istintaq məlumatlarına görə, cinayətkar şəhər merinə döş qəfəsindən üç bıçaq zərbəsi vurub.

Şübhəli şəxs daha sonra hadisə yerindən qaçsa da, bir müddət sonra olay məkanına qayıdaraq avtomobillə meri və oğlunu vurmaq istəyib, amma idarəetməni itirərək divara çırpılıb. Hücum edən şəxs maşından düşdükdən sonra merin oğlunu vurub və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları hələ də şübhəlinin şəxsiyyətini müəyyən edə bilməyiblər, onun harada olduğu da bilinmir.

Fransa Prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo Düssoya hücumu pisləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.