Avto

“Volkswagen” “Touareg”dən imtina edir

7 Avqust 2025 21:35
Baxış: 398
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Volkswagen" (VW) 2026-cı ildə özünün prestijli "Touareg" modelinin istehsalını dayandırmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə avqustun 7-də Britaniyanın "Autocar" jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.

Touareg-dən imtina "VW" konserninin premium seqmentdən ayrılmasını və prioritetlərin dəyişməsini göstərir.

Yolsuzluq avtomobilinə alternativ olaraq, alman avtomobil istehsalçısı daha sərfəli Tayron krossoverini təklif edəcək ki, bu da mahiyyətcə uzadılmış Tiguandır.

2002-ci ildə təqdim edilən "VW" "Touareg" orijinal "Porsche Cayenne" ilə paralel olaraq hazırlanmış və eyni platformadan istifadə edilmişdir.

"Touareg" ilə yanaşı, "VW" konserni elektrik ID 5 modelini də öz istehsaldan çıxarmaq qərarına gəlib. Bu model 2021-ci ildə ID 4 modelinin daha idman analoqu kimi təqdim edilib, lakin populyarlaşmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.