Sağlamlıq

Yaşlanmanı gecikdirən içki - Gündə üç fincan sizi daha gənc saxlayacaq

7 Avqust 2025 17:14
Baxış: 800
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elm adamları yaşlanma prosesini ləngidən içkinin qəhvə olduğunu açıqlayıblar. Araşdırmalara əsasən, gündə üç fincan qara qəhvə içən şəxslərdə qocalma əlamətləri daha yavaş müşahidə olunur.

Milli.Az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qəhvə tərkibindəki polifenollar vasitəsilə bağırsaqlardakı faydalı bakteriyaların artmasına kömək edir. Bu bakteriyalar immunitet sistemini gücləndirir, iltihablanmaya qarşı təsir göstərir və maddələr mübadiləsini tənzimləyir.

Araşdırmalar göstərib ki, qəhvə içənlərdə mikrobiom müxtəlifliyi artır - faydalı bakteriyalar çoxalır, zərərli bakteriyaların isə sayı azalır. Bu isə qəhvənin təkcə enerji verən içki deyil, həm də həzm sistemi üçün balanslaşdırıcı bir vasitə olduğunu təsdiqləyir.

Digər elmi tapıntılara görə, qəhvə bağırsaqlarda Lawsonibacter asaccharolyticus adlı bakteriyanın sayını artırır. Bu bakteriya beyin və ürək sağlamlığını dəstəkləyən təsirlərə malikdir.

Bundan əlavə, Amsterdam Universitetində aparılan tədqiqat nəticəsində məlum olub ki, müntəzəm qəhvə qəbul edən yaşlı şəxslərdə əzələ itkisi və fiziki zəiflik riski daha aşağı olur. Qəhvənin tərkibindəki birləşmələr visseral yağların azalmasına da təsir edir.

Qeyd edək ki, gün ərzində 2-3 fincan qara qəhvə içmək bağırsaq sağlamlığını dəstəkləyir. Lakin həddindən artıq istehlak yuxusuzluq, ürək döyüntüsü və mədə narahatlıqlarına səbəb ola bilər.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.