Ölkə

AAYDA-nın vəzifəli şəxsi içkili halda saxlanıldı

7 Avqust 2025 16:30
Baxış: 1 077
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

Milli.Az xəbər verir ki, qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tabeliyində fəaliyyət göstərən "2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus "Toyota Prado" markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onların evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

Məhkəmənin qərarı ilə Taleh Məmmədov 8 gün müddətinə inzibati qaydada həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.