Rusiya Azərbaycan və ABŞ-dan qaz qəbul edən Ukrayna stansiyasına PUA hücumu təşkil edib.
2025-ci il avqustun 6-na keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Rumıniya ilə sərhədinə yaxın yerləşən qaz-kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum edib.
Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.
Hücum edilən Orlovka stansiyası vasitəsilə Ukraynaya Azərbaycan və ABŞ-dan maye təbii qazın (LNG) sınaq həcmləri Trans-Balkan qaz kəməri ilə ötürülürdü. Bu stansiya Yunanıstanın LNG terminallarını Ukraynanın qaz anbarları ilə birləşdirən marşrutun bir hissəsidir.
Məlumata görə, Orlovkada 15-dən çox zərbə qeydə alınıb. Zərbələrin səbəb olduğu yanğının parıltısı Dunay çayının Rumıniya sahilindən də müşahidə olunub. Hücum nəticəsində Odessa vilayətində 2500-dən çox abonent qazsız qalıb.
Fidan
Milli.Az