Ölkə

"Təzəpirin ətrafı yenidən qurulacaq, süni göl yaradılacaq"

7 Avqust 2025 16:10
Baxış: 430
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu "Sovetski" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

"Bakı şəhərində tarixi və mədəni irsin qorunması, yaşıllıq sahələrinin salınmadı şəhərin Baş Planının əsas inkişaf hədəflərindəndir

Bu səbəbdən Mərkəzi Parkın genişləndirilməsinə start verilir.

Bundan sonra 21 hektarlıq ərazi yenidən qurulacaq. Süni göl yaradılacaq.

Ərazidə uşaq meydançasının, qapalı dayanacağın yaradılması nəzərdə tutulur.

Təzəpir məscidi ətrafında tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun yenidən qurulacaq.

Dövlətin xüsusi mühafizəsində saxlanılan, abidə olmayan, lakin tarixi yükə malik olan abidələrin yenidən quruıması da planlar arasındadır", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.