Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq - Ekspertdən PROQNOZ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ prezidenti Co Baydenin bu həftəyə planlaşdırılan səfəri bir çox aspektlərdən bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə də, tərəflər arasında danışıqlarda Səudiyyənin neft hasilatını artırması məsələsinin müzakirəyə çıxarılması gözlənilir. Qərb mənbələrində sözügedən razılığın əldə olunması ehtimalı da yüksək qiymətləndirilir.
Dünyanın ən böyük neft ixracatçısının hasilatı artırmasının isə dünya bazarlarında neftin, eləcə də neft məhsullarının qiymətinə birbaşa təsir göstərəcəyi şübhəsizdir.
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya açıqlama verən Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şabanın sözlərinə görə, Səudiyyənin neft bazarına təsiri böyükdür:

"Səudiyyə Ərəbistanı 60 ildir ki, OPEC ölkələrinin "birinci skripkaçısı" rolunda çıxış edir və onların imkanları genişdir. Bu baxımdan 10 ölkənin hər biri ilə müzakirələr aparıb, hasilatı 1 milyon artırmağa razı salmaqdansa, Səudiyyənin özü qısa müddətdə hasilatı bu qədər, hətta bundan daha çox artırmaq gücündədir. Təbii ki, bunun da dünya bazarında təsirləri neftin ucuzlaşması istiqamətində olacaq".
Ekspert qeyd edib ki, neft qiymətlərinin ucuzlaşması məsələsində bir digər nüans dünya iqtisadiyyatının artım tempilə bağlı ürəkaçmayan proqnozların verilməsidir:
"İstər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu tərəfindən bu templər aşağı səviyyədə olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi bir çox ölkələr arasında ticarətin yavaşımasına, pozulmasına gətirib çıxarıb. Belə olan halda dünya bir müddət də aşağı ticarət tempi ilə yaşamağa məcbur olacaq və nəticə etibarilə enerjinin daha az istifadə olunur. Bu da enerji qiymətlərində özünü göstərir. İlin 4-cü rübündə neftin qiymətinin nisbətən azalması proqnozlaşdırılır. Lakin hal-hazırda bütün yanaşmalar nisbidir. Çünki dünən biz gördük ki, bir gün ərzində "Brent" markalı neftin qiyməti 7,3 dollar dəyər itirdi. Bu cür bir-iki hadisə olarsa neftin qiymətinin 80 dollara qədər ucuzlaşması heç də problem olmayacaq".
İlham Şaban ABŞ və Səudiyyə Ərəbistanı arasında mümkün razılaşmanın neft qiymətlərinə hansı müddətdə təsir edəcəyini də açıqlayıb:
"Qısa müddətdə birjalarda qiymətlərin azalması baş verəcək. Çünki bu bazarın reaksiyasını özündə əks etdirir. Lakin qiymətlərin hansısa həddə düşüb stabil olaraq mövqeyini qoruması zaman tələb edir. Səudiyyə bazara milyon barel əlavə neft çıxaracağıyla bağlı öhdəlik götürə bilər. Lakin bunun nə qədər vaxt tələb edəcəyi bazar üçün önəmlidir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır





