İqtisadiyyat

"Maaşım yüksəkdir, ancaq gilas ala bilmirəm" - Deputat

22 İyun 2022 19:24
Baxış: 2 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm.

Milli.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri  açıqlamasında mövsüm meyvələrinin bahalığı haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.

"Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!" - deputat deyib.

O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir:

"Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.