İqtisadiyyat

Avtomobil almaq istəyənlər, tələsin! - Qiymətlər bahalaşır - VİDEO

18 İyun 2022 14:07
0 Şərh     Baxış: 1 516
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda avtomobillərin qiyməti ilin əvvəlindən başlayaraq 2-5 faiz artıb... 

Bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, bahalaşma əsasən, ölkəyə idxal olunan avtomobillərdə müşahidə olunur. Ekspert bunu logistika xərclərinin və bəzi ehtiyat hissələrinin qiymətlərinin artması ilə əlaqələndirir. 

Eldəniz Cəfərovun sözlərinə görə, yeni avtomobil bazarında aktivlik təkrar bazardan daha çoxdur. O həmçinin deyir ki, yay mövsümündəbahalaşmanın davam etməsi gözlənilmir.

Avtomobil satışı ilə məşğul olanlar da qiymət artımının olduğunu bildirirlər.

Satıcılar həmçinin deyirlər ki, son vaxtlar avtomobil bazarında durğunluq yaşanır.

Milli.Az Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.