Kamçatkada Klyuçevskaya Sopka vulkanının püskürməsi nəticəsində iki kənd külə qərq olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Klyuçi və Ust-Kamçatsk kəndləri vulkandan cəmi bir neçə onlarla kilometr aralıda yerləşir.
Nəhəng vulkan 12 kilometr uzunluğunda tüstü sütunu buraxıb, şleyf Komandor adalarına qədər çatıb.
Qeyd edək ki, bir neçə müddətdir Kamçatka yarımadasının sahillərində ard-arda zəlzələlər qeydə alınır.
Milli.Az