Ölkə

Metroda doğulan uşağa bu ad veriləcək - FOTO

8 Avqust 2025 16:05
Baxış: 1 987
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.

Milli.Az APA TV-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.

O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: "Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik".

Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.