Ölkə

Bakı metrosunda doğulan uşağa güzəşt və imtiyazlar olacaq - YENiLƏNİB

8 Avqust 2025 10:05
Baxış: 1 855
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

10:05

"Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Məlumata əsasən, hadisə yerinə briqada cəlb olunub.

Metropoliten əməkdaşları ilkin yardım göstərdikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları 36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.

Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.

***

Bu gün "Bakı Metropoliteni" QSC-nin "20 Yanvar" stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

Bunu "Report"a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək", - o vurğulayıb.

08:54

Bu gün saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib.

Bu barədə Milli.Az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.