Bu son dərəcə pozitiv addımdır - Robert Sekuta
Bu gün Azərbaycan və Ermənistan arasında sülh sazişi mətninin gözlənilən paraflanması son dərəcə pozitiv addımdır.
Bunu Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Robert Sekuta deyib.
"Bu razılaşmanın əsasən iki ölkə arasında əldə edildiyini başa düşmək vacibdir", - o qeyd edib
Sabiq səfirin sözlərinə görə hazırkı hadisələrin əhəmiyyətinə baxmayaraq, hər iki tərəfin istədiyi və layiq olduğu davamlı sülhə nail olmaq üçün ermənilər və azərbaycanlılar əlavə addımlar atmalı olacaqlar.
O, həmçinin Azərbaycan ilə ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qaldırılmasının vacibliyindən danışıb.
"Ağ Evdə keçirilən bugünkü tarixi görüşlər barədə daha sonra və daha ətraflı danışmaq mümkün olacaq, lakin ABŞ və Azərbaycan arasında yenilənmiş strateji tərəfdaşlıq həm Vaşinqton, həm də Bakı üçün, eləcə də daha geniş regionda sülh və sabitlik üçün müsbət haldır", - Sekuta vurğulayıb.
O xatırladıb ki, ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq bir neçə ildir, hətta onun səfir təyin olunmasından əvvəl də mövcud olub.
"Azərbaycan hökumətindəki həmkarlarımla birgə bu tərəfdaşlıq çərçivəsində nəzərdə tutulan görüşləri fəallaşdırmağa çalışırdıq, lakin təəssüf ki, bir sıra səbəblərə görə istədiyimiz nəticəyə nail ola bilmədik. Azərbaycanın coğrafi mövqeyi - dünyada eyni anda həm Rusiya, həm də İranla sərhəddə olan yeganə ölkə olması, eləcə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və iqtisadi rifahı kimi reallıqları nəzərə alaraq, Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq tamamilə məntiqlidir. Şadam ki, Tramp administrasiyası bunu başa düşür və Azərbaycanla, eləcə də Ermənistan və digər ölkələrlə daha fəal əlaqə qurmağa çalışır", - deyə Robert Sekuta fikrini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
Məktəblərdə hicab məsələsi dini təzyiq deyil, vahid forma qaydasıdır – Baş redaktordan açıqlama
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - (Foto-Video)
-
Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Əməkdar artist dekolteli geyimi ilə diqqət çəkdi – (Video)
-
Kartdan-karta pul köçürənlərə vacib xəbər
-
Güllünün ölümü ilə bağlı şok detal
-
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - (Foto)
-
ABŞ-də atışma: 12 yaralı var
-
Millimiz bu gün 2 oyuna çıxacaq
-
90-cı illərin məşhur müğənnisi illər sonra - (Foto)
-
Xırdalanda maşın aşdı - Sürücü yaralandı
-
Tramp: Danimarka əla davrandı, Qrenlandiyanı bizə verdilər
-
Rusiyada güclü zəlzələ oldu
-
Vensan Kompani xəstəxanalıq oldu
-
Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq: İçmədən əvvəl 2 dəfə düşünün
-
Benzinli və dizel avtomobillər 2028-ci ildən qadağan ediləcək
-
Bu müsəlman ölkəsində hökumət subaylara sevgili tapmağa kömək edəcək
-
Toyda unudulmaz an - (Video)
-
Sobada İzmir küftəsi resepti
-
İş müsahibəsində uğur gətirən 3 strateji "ağ yalan"
-
Adil Yıldırım: "Gündə 20 dəfə əlaqədə olurdum, İtaliyada ciddi müalicə aldım" - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb - ( Video)
-
Uşağa qələmi düzgün tutmağı öyrətməyin maraqlı üsulu – (Video)
-
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - (Foto)
-
İbad Hüseynov səfirliyin dəstəyi ilə Azərbaycana qayıtdı
-
Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları
-
Yuyulduqdan sonra yığılan gödəkçəni əvvəlki halına qaytarmağın yolları





