Repper Machine Gun Kelly (əsl adı Colson Baker) Megan Fox ilə birlikdə dörd aylıq qızları Saganı böyütmək barədə ilk dəfə danışıb.
Milli.Az "Today"a istinadən xəbər verir ki, körpəyə qulluq işlərinin böyük hissəsini Megan öz üzərinə götürür.
Machine Gun Kelly və Megan Fox qızlarına necə qulluq edirlər?
Repperin dediyinə görə, körpə ilə əsasən məşğul olan Megan Foxdur.
O etiraf edib ki, aldığı təriflərə layiq deyil:
"Bütün təbrikləri özümə yox, Megana yönəltmək istəyirəm, çünki işin hamısını o görür", - Kelly bildirib.
Onun sözlərinə görə, Megan başqaları onu "yaxşı ata" adlandıranda narazı qalır:
"Ötən günlərdə biri mənə sadəcə körpəni qucağımda tutduğum üçün "sən əla atasan" dedi. Megan isə əsəbiləşdi, "Yox, yox, yox. Əslində o edir hər şeyi". Mən sadəcə gitaramı çalıram və dua edirəm ki, körpə xoşbəxt olsun". - o əlavə edib.
Colson "People" ilə müsahibəsində də bildirib ki, Megan hazırda "yuxusuzlar klubundadır" və valideynliyin ən çətin mərhələsini o keçir. Özünü ata kimi musiqi, zarafat və sevgi gətirən biri kimi təqdim edib.
O, atalığın onun həyatına müsbət təsir etdiyini etiraf edib. Qeyd edək ki, repperin əvvəlki münasibətindən Casie adlı bir qızı da var.
Megan Fox və Machine Gun Kellynin münasibəti haqqında nə bilirik?
Cütlük 2020-ci ildən birlikdə olub. Amma Megan hamilə ikən dörd illik münasibətlərindən sonra ayrıldıqları xəbəri yayılıb. Məlumatlara görə, aktrisa partnyorunun telefonunda onu incidən məzmunlar tapıb.
Onlar hazırda ayrı yaşayırlar, lakin repper tez-tez Meganın evinə baş çəkir və yaxşı ata olmağa çalışır.
Megan Foxun əvvəlki əri Brian Austin Greendən də üç oğlu var.
Kənan
Milli.Az