Dünya

Rusiya Odessada SOCAR-ın neft bazasını vurdu

8 Avqust 2025 20:48
Baxış: 1 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına "Şahed" pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "RBK-Ukrayna"ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.