Dünya

Ukraynaya 3,2 milyard avroluq yardım təsdiqləndi

8 Avqust 2025 20:15
Baxış: 472
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya milyardlarla avro ayırmağa razılaşıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Aİ Şurası bu qərarı təsdiqləyib.

Belə ki, Avropa Dəstəyi Fondundan makromaliyyə yardımı kimi Ukraynaya 3,2 milyard avro ayrılacaq.

Ukrayna Milli Bankının (UMB) rəhbəri Andrey Pışnının sözlərinə görə, gələn il Ukraynanın xarici maliyyələşdirməyə ehtiyacı böyükdür. O, bildirib ki, 2026-cı ildə ölkənin Qərb tərəfdaşlarından təxminən 35 milyard dollar maliyyə yardımına ehtiyacı olacaq.

Hazırda yalnız 22 milyard dollarlıq xarici dəstəyin "təsdiqlənmiş mənbələri var" deyə  Pışnı bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.