Dünya

Rusiya bir neçə günə bu adada nüvə sınağına başlayır

8 Avqust 2025 18:15
Baxış: 669
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaxın günlərdə Rusiya "Burevestnik" qitələrarası raketini Novaya Zemlya adasında sınaqdan keçirə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Barents Observer" nəşri məlumat yayıb.

Məlumata görə, sınağın hazırlıqlarına artıq bir neçə həftədir başlanılıb. Xüsusilə, hərbçilər gizli yüklü gəmilərin və "Rosatom"a məxsus təyyarələrin gəlməsi üçün arxipelaqın qərb sahili boyunca 500 km-lik zonada hava məkanını bağlayıb.

Qeyd edək ki, bu arxipelaq 1950-ci illərin sonundan bəri nüvə silahlarının sınaqları üçün ərazi kimi istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.