İqtisadiyyat

Avtomobillərin icbari sığorta haqqı artırılır? - VİDEO

2 İyun 2022 17:07
Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobillərin icbari sığortasının qiymətlərinin artırılması müzakirə edilir.

Artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Sığortaçılar Assosiasiyasından bildirilib ki,  son dövrlər daha çox aktual olan və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı hazırda ciddi iş aparılır. Qeyd edilib ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik əsasən hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək.

Sığorta eksperti Vüsal Bədəlov hesab edir ki, əgər qərar verilərsə qiymətlərdəki dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək.

Qeyd edək ki, buna görə də sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır.

Ekspert deyir ki, bu üsul dünya təcrübəsində də geniş istifadə olunur.

Qiymətlərdə dəyişikliyin aktuallaşması isə sürücülərin ürəyincə deyil.

Xatırladaq ki, 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.