"Aİ-95 PREMİUM" markalı benzinin qiyməti bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar ölkədə "Aİ-95 PREMİUM" markalı avtomobil benzininin satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin bahalaşması ilə bağlı məlumatlar yayılır.
Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və Kommunikasiya xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar doğru deyil: "Heç bir məhdudiyyətdən, bahalaşmadan söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı olub".
Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən bütün "SOCAR" brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də Aİ-92 və digər yanacaq növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata keçirilir.
Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və respublikamızın digər bölgələrində "SOCAR PETROLEUM" QSC-yə məxsus neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir. Bununla da, respublikamızda fəaliyyət göstərən başqa yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına olan tələbatlarını ödəmək üçün "SOCAR PETROLEUM" QSC-yə məxsus, qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz tələbatlarını ödəyə bilirlər.
Xatırladaq ki, "Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq "Aİ-92" markalı benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları ölkəyə idxal olunur.
"Aİ-92" markalı benzinin qiyməti Tarif (qiymət) şurası tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə onların alış bazarındakı qiymətlərdən asılıdır.
"Aİ-95 PREMİUM" və "Aİ-98 SUPER" markalı yanacaq növlərinə olan qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru dəyişib. Hazırda "Aİ-98" 1,9 manata, "Aİ-95" isə 1,6 manata satılır. Bundan öncə "Aİ-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "Aİ-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İlk dəfə oğlunun üzünü GÖSTƏRDİ - FOTOlar
-
Hər gün ət yemək zərərlidir? - ARAŞDIRMA
-
“25 il işlədim, artıq BƏSDİR”
-
7-ci əməliyyatından sonra xəstəxanadan FOTOsunu yaydı
-
Yer kürəsinin fırlanması rekord dərəcədə yavaşladı
-
"Yəqin Fatimə əsas üzünü evdə qoyub obrazla gelib o EFİRƏ"
-
Yağış və QAR yağacaq, dolu düşəcək, SEL KEÇƏCƏK
-
Çempion "Sabah" hücumçusunu GÖNDƏRDİ - FOTO
-
"Dubayda 1 həftə Röyaya görə yalnız uşaq hovuzunda çimməli olduq ki..."
-
"Ferrari"nin yeni elektromobilini ilk Roma Papası sınaqdan keçirdi - FOTO
-
İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi
-
Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir
-
Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir
-
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
-
Azərbaycan millisinə cəlb olunan Kamara ilə bağlı AÇIQLAMA
-
Xalq artisti yeni doğulan nəvəsi ilə - FOTO
-
Millinin düşərgəsinə şəxsi helikopteri ilə GƏLDİ
-
"İbrahim paşa" tanınmaz HALDA - VİDEO
-
Famil Məmmədovun baş direktor statusu TƏSDİQLƏNDİ
-
Prezident Xankəndidə Zəfər tağının önünə gül dəstələri düzüb - FOTO
-
Xalq artisti evindən oğurlanan 311 minlik qızılı və pullardan DANIŞDI
-
Böyük Britaniyanın yeni səfiri Azərbaycanı təbrik edib
-
Xocalıda “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib - FOTO
-
Rəqsanənin kiçik qızından diqqət çəkən PAYLAŞIM: "Hamı gedəndə belə..."





